SEPAH-ın İraqda ABŞ hərbi bazasına “Şəhid Süleymani” adlı əməliyyatından sonra İran İslam İnqilabı Keşikçilər Korpusu bəyanat verib.
Yenicag.az İran Ordusunun informasiya portalına istinadən xəbər verir ki, bu hücum ABŞ-ın iranlı generalın ölümü ilə əlaqədar hərəkətinə cavab olaraq keçirilib.
Ordu bəyan edir ki, Tehran öz qətiyyətli mövqeyini, ABŞ hərbçilərinin regiondan çıxarılması ilə bağlı strategiyanı son addıma qədər icra edəcək.