İran ordusu Əfqanıstanla ümumi dövlət sərhədinin qorunması məsuliyyətini üzərinə götürüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmmədhüseyn Baqeri İslam Respublikası quru qoşunları komandirlərini iştirakı ilə keçirilən tədbirdə bildirib.
Baqeri bu vəzifə İran ordusuna tapşırılandan sonra Əfqanıstanla sərhədinin daha təhlükəsiz olacağına ümid etdiyini qeyd edib.