İran ordusunun yeni silahı

79884safsaİran ordusu hərbi arsenalına yeni silah daxil edib.

Ölkə istehsalı “Bavar-373” raketləri artıq son sınaqlarından keçir və yaxın zamanlarda istismarı üçün ölkənin hava hücumundan müdafiə bölmələrinə daxil olacaq.

“Hatəm əl-Ənbiya” hava hücumundan müdafiə qüvvələrinin komandanı, briqada generalı Fərzad İsmaili bildirib ki, zenit raket kompleksi hədəfi kiçik, orta və uzaq mənzilli raketləri dəqqiq tuta bilir. Sistem 100 hədəfi izləmə qabiliyyətinə malikdir və təkmilləşdirilmiş təsbit etmə üstünlüyü ilə fərqlənir. Ümumiyyətlə xüsusiyyətləri baxımından “Bavar-373” İran ordusunda olan uzaqməsafəli komplekslərin hamısını üstələyir.

Məlumata görə İran “Bavar-373” raket əleyhinə sistemin layihələndirilməsinə Rusiya təyyarə və qanadlı raketlərdən qorunma üçün nəzərdə tutulan 3R C-300 və s-300 yer-səma uzaq mənzilli raket sistemini təhvil verməkdən imtina edəndən sonra başlayıb.

2007-ci ildə əldə olunan razılığa görə Rusiya ölkəyə ən azı 5 ədəd S-300 zenit raket kompleksi verməli idi. Lakin Moskva BMT TŞ-nin Tehrana qarşı qətnaməsini bəhanə gətirərərk raketləri təhvil verməkdən imtina etmişdi.

Briqada generalı Fərzad İsmaili qeyd edib ki, İran raketdən müdafiə sistemi Rusiyanın S-300-ləri ilə müqayisədə yüksək göstəricilərə malikdir. Zenit raket kompleksi barədə daha ətraflı məlumatlar gizli saxlanılır.

(news.az)