İran öz ərazi bütövlüyünü qorumaqda zərrə qədər tərəddüd etməyəcək.
Yenicag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
XİN rəsmisi Ərəb-Rusiya Əməkdaşlıq Forumunun iclasının bəyanatında üç İran adası ilə bağlı irəli sürülən iddianı pisləyib və onu rədd edərək vurğulayıb:
“İran İslam Respublikası öz ərazi bütövlüyünü qorumaqda zərrəcə tərəddüd etməyəcək”.
Xuraman Etibarlı