İran-Pakistan sərhədində partlayış nəticəsində 4 sərhədçi yaralandı

İranın Pakistanla sərhədinə yaxın Sistan-Bəlucistan əyalətinin Mircave şəhəri yaxınlığında minanın partlaması nəticəsində bu ölkənin 4 sərhədçisi yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Hazırda heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.