Bu gün İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd üzvü öldürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhəd məntəqəsində SEPAH üzvləri ilə silahlı qruplaşma arasınında baş verən atışmada İslam İnqilabı Keşikçiləri Korpusunun dörd üzvü – 1 leytenant və 3 əsgər qətlə yetirilib.