İran parlamenti ABŞ əleyhinə üç oxunuşlu layihəni qəbul edib. Qərar parlamentin bu gün keçirilən iclasında 233 deputatın iştirakı ilə qəbul olunub.
Yenicag.az xəbər verir ki, qərara əsasən, gələn 2 ay ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələrinə İranın Milli İnkişaf Fondundan 200 milyon avro dəyərində vəsait ayrılacaq.
Parlamentdə çıxış edən İran parlamentinin spikeri Əli Laricani bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi Pentaqonun bütün üzvləri, onlara bağlı bütün qurumlar və şirkətlər terrorçu hesab olunurlar.
Ə.Laricani əlavə edib ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) və bu komandanlığın ixtiyarında olan bütün qüvvələr və təşkilatlar terrorçu hesab olunurlar./Trend/