İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı növbədənkənar iclas keçirəcək.
Yenicag.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA Komitənin rəhbəri İbrahim Rezaiyə istinadən məlumat yayıb.
“İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Haniyəyə qarşı törədilən terror aktı ilə əlaqədar bu gün növbədənkənar iclas keçirəcək”, – deyə Rezai bildirib.
Onun sözlərinə görə, hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Fələstin HƏMAS iyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın paytaxtı Tehranda törədilən hücumda öldürülüb.
HƏMAS-ın mətbuat xidməti qeyd edib ki, İsrail ordusu Haniyənin qaldığı qonaq evinə hava zərbəsi endirib.
Qeyd edək ki, Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər etmişdi.
Nəsimi Ələsgərli