!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur

!Reklam – Yazi

İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, parlamentin açıq iclasında İranın ŞƏT-ə üzvlüyü haqqında qanun layihəsi üzrə milli təhlükəsizlik və xarici siyasət komissiyasının hesabatına baxılıb.

Parlament nümayəndələri ŞƏT-ə daxil olmağı təsdiqləyiblər . Sənədin qəbul edilməsinə 205 deputat səs verib.

ŞƏT 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. Daha sonradan Pakistan və Hindistan da təşkilata üzv qəbul edilib.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv