Türkiyədə hər kişi 15 qadınla cinsi əlaqədə olur ki, bu, Atatürkün hicab islahatının nəticəsidir.
Yenicag.az xəbər verir ki, bunu İsfahanın İran parlamentindəki nümayəndəsi Əmir Hüseyn Bankipur deyib.
Məcburi hicab qaydalarının tətbiqinin radikal tərəfdarı olan millət vəkili Atatürkün Türkiyəyə böyük zərbə vurduğunu iddia edib:
“Türkiyənin müsəlman ölkəsi və çox sayda gözəl, əzəmətli məscidlərinin olmasına baxmayaraq, hicab qaydalarına riayət edilməsi baxımından vəziyyət acınacaqlıdır”.
Bankipur həmçinin Türkiyədə islamın təhlükədə olduğuna görə “narahatlığını” bildirib./axar.az