İran Pentaqonu təəccübləndirib: “Belə hücum görməmişdik”

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conatan Hoffman Səudiyyə Ərəbistanının “Aramco” neft emalı zavoduna edilən hücumla bağlı açıqlama yayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hoffman hücumların araşdırılmasında ABŞ-ın Səudiyyə Ərəbistanına yardım göstərdiyini bildirib:

“Orada nə baş verdiyinə dair araşdırmaların aparılması üçün Səudiyyə Ərəbistanı ilə birlikdə işləyirik.

Ərazidə tədqiqat aparan qrupumuz var, amma hücumun dəqiq haradan edildiyini və təşkilatçıların Səudiyyə Ərəbistanı tərəfindən açıqlanmasını gözləyəcəyik”.

Həmin hücum çox sayda hava vasitələrindən istifadə edilərək eyni anda gerçəkləşdirilib. Əvvəldən müəyyənləşdirilmiş hədəfləri vurublar. İndiyə qədər belə bir hücum görməmişdik”.

Firuzə Alimova