BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti İrana qayıtmaq üçün hoteli tərk edərkən, heyət üzvlərindən biri “Iran International” telekanalının müxbirinə hücum edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı yayılan videodan göründüyü kimi, heyət üzvü müxbirin telefonunu almağa çalışır və ona zorakılıq göstərir.