!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran Qərbin arzusu ilə Hələbdə məzhəb qırğını törədir” – Tehran küçələrində qətliam bayram kimi qeyd olunur

!Reklam – Yazi

resized_1c299-a297a8dccmanset1Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili Mətin Külünk  İranın  Suriya hökumət qüvvələrinin əlinə keçmiş Hələbdə sünni qətliamına başladığını bildirib.

Yeniçağ.Az xəbər verir ki, AKP millət vəkili Metin Külünk İranın Suriyada müsəlman əhaliyə qarşı törətdiyi qətliamı aşağıdakı kimi ümumiləşdirib:

1. Sünni qətliamı həyata keçirən İran qiyaməti çağırır. İranlı şiə milislər Suriyada sünni qırğınlarına başlayaraq, uçaqları və qadınları diri-diri yandırırlar.

2. Səlib yürüşləri zamanı müsəlman əhaliyə edilməyən zülm və işgəncəni Hələbdə uşaq və qadınlara çəkdirən kirli İran zehni nəyə xidmət edir?

3. İranlı şiə milislər Hələbdəki müxalif qrupların təklifi ilə əldə olunan müvəqqəti atəşkəsə məhəl qoymayaraq, qətliamları davam etdirirlər.

4. Rusiyanın belə “atəşkısə əməl edin, dinc əhalini çıxarın” kimi bəyanatına baxmayaraq, sözdə İslam Cumhuriyyəti olan İran “müsəlman qanı axıdaq”, – deyir.

5. Suriyada müharibədən sonrakı dönəmdə danışıqlarda üstün tərəf olmaq üçün Hələb yanğınına “benzin tökən” İran çox alçaq oyun oynayır.

6. Hələbdə Əsəd və Rusiya, Suriyanın şimalında ABŞ və PYD, İraqda Salih Müslim ilə əməkdaşlıq edən İranın məqsədi məzhəbçiliyi alovlandırmaqdır.

7. Türkiyənin Hələbdə müvəqqəti atəşkəs üçün etdiyi təşəbbüslərə hər vasitə ilə mane olmağa çalışan ölkə də İrandır.

8. Əsədə ən güclü hərbi-siyasi dəstək verən İran bugünkü qətliamların və Hələb yanğının ən böyük cavabdehidir.

9. İran sünni-şiə qarşıdurmasını qızışdıraraq, məsuliyyətsizcəsinə qığılcımın alova çevrilməsinə çalışır. Bu da Qərbin ən çox arzuladığı vəziyyətdir.

15515811_10210047318532264_409800766_o 15556100_10157789500275005_1998620759_nOnu da qeyd edək ki, Hələbin yenidən Əsəd rejiminin əlinə keçməsi İranda toy-bayrama səbəb olub. İranın “İslam Cümhuriyyəti” qəzeti manşetdən “Hələb azadlığına qovuşdu” yazıb, Tehran küçələrində iranlıların halva payladıqlarını xəbərləşdirib. 

Araz Zeynalov, Yeniçağ.Az

www.yenicag.az

1142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv