İran quru sərhədlərini bağlamağa hazırlaşır.
Yenicag.az fars mediasına istinadla xəbər verir ki, bu barədə İranın Quru Qoşunlarının komandanı Kiumərs Heydəri bildirib. O deyib ki, sərhədləri bağlayacağıq və qonşu ölkələr bunu haqsızlıq kimi qəbul etməməlidirlər.
“Biz öz sərhədlərimizi bağlamaq istəyirik.
Bu, təhlükəsizliklə bağlı atılan addımdır. Bunu başqa ölkələr də edirlər.
Burada hansısa qonşumuza qarşı haqsızlıq yoxdur”, – Heydəri vurğulayıb.
Xuraman Etibarlı