İran qüvvələri GERİ ÇƏKİLDİ – ABŞ-nin hücumunu GÖZLƏYİRLƏR

ABŞ-nin hədəsindən sonra İran artıq bütün qüvvələrini geri çəkib.

Yenicag.az xəbər verir ki, bu barədə Amerikanın “ABC News” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ zərbə ilə hədələyərkən, İran artıq qüvvələrini geri çəkmişdi.

Telekanal bildirir ki, İranın dəstəklədiyi bütün qruplar ABŞ-nin cavab zərbəsi ərəfəsində bölgədəki qərargahlarını boşaltmağı və bütün fəaliyyətlərini dayandırmağı əmr edən məktub alıb.
ABŞ-nin bu qərarı İordaniyadakı bazasına pilotsuz təyyarənin ölümcül hücumundan sonra planlaşdırılıb.

Məlumatı “Əl-Ərəbiyyə” də təsdiqləyib. O da bildirib ki, İraq və Suriyada İranla əlaqəli silahlı birləşmələr öz qərargahlarını boşaldır və Amerikanın bu bölmələrə zərbə endirməsini gözləyir.

Xatırladaq ki, ABŞ rəsmiləri dünən CBS News-a bir neçə gün ərzində İraq və Suriyadakı İran personalı və obyektləri də daxil olmaqla hədəflərə bir sıra zərbələr endirmək planlarının təsdiqləndiyini açıqlayıblar.

Məlumata görə, zərbələrin vaxtı hava şəraitindən asılı olacaq.

Xuraman Etibarlı

COP29