!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“İran rejimi Xameneyinin ölümünə bir il əvvəldən hazırdır” – RƏY

!Reklam – Yazi

“Qeyri-rəsmi ənənəyə görə, İranda dini lider azərbaycanlıdırsa, prezident fars olmalıdır”.

Bu fikirləri İranın ali dini lideri Seyid Əli Xameneyinin səhhətinin kəskin ağırlaşması fonunda onun mümkün varisinin müəyyənləşdirilməsi haqda danışan politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda Xameneyinin xələfinin seçilməsi məsələsində ciddi problemin olacağı gözlənilmir:

“Prezident başda olmaqla, İran hakimiyyətindəki hər kəs ən azı bir ildir ki, Xameneyinin ölüm xəbərini gözləyir. Bu baxımdan, Xameneyinin dünyasını dəyişməsi hakim rejim üçün gözlənilməz olmayacaq.

Böyük ehtimalla, ilkin dönəmdə qırx səkkiz nəfərlik Məsləhət Şurasında təmsil olunan ayətullahlardan birini ali dini rəhbər vəzifəsinin müvəqqəti icraçısı təyin edəcəklər.

Digər tərəfdən, qeyri-rəsmi ənənəyə görə, İranda dini lider azərbaycanlıdırsa, prezident fars olmalıdır, yaxud da əksinə. İndiki halda dini lider azərbaycanlı, prezident isə farsdır. Ancaq indi elə bir vəziyyətdir ki, bu paritetin pozulması, prezident fars olduğu halda, ali dini liderin də farslardan seçiləcəyi istisna edilmir.

Ümumiyyətlə isə, İranda Xameneyi dövrünün başa çatdığını söyləmək mümkündür. Bununla belə, İranda Xameneyinin xələfinin seçilməsi məsələsində ciddi problemin olacağı gözlənilmir”.

A.Zeynalov

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv