!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran rəsmilərinin anlamsız açıqlamaları - Tehranda "kalaşnikov" gəzdirmək nə vaxtdan sərbəst olub? - MÖVQE 

!Reklam – Yazi

“İran rəsmiləri elə açıqlama verir ki, elə bil İrandan yox Kaliforniyadan danışırlar”.

Bu sözləri Azərbaycanın İrandakı səfirliyinə edilən basqın və bunun səbəblərini şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, İranla Azərbaycan arasında gərginlik var idi, bundan sonra daha da artacaq:

“Azərbaycanın qələbəsindən sonra İranın Azərbaycana qarşı aqressiyası artaraq inkişaf edir. Azərbaycan tərəfi gərginliyi qismən də olsa, aradan götürmək istəyirdi, ancaq bu baş tutmur.

Səfirliyimizə qarşı törədilən hücum terror aktıdır.

İran polisi açıqlama verir ki, hadisə məişət zəminində olub. Əgər məişət məsələsi idisə, niyə səfirlikdə, Azərbaycan dövləti ərazisində olur, kənarda olmurdu? Hadisə dəqiqliyi ilə araşdırılmalıdır. Araşdırılma başa çatmadan məişət zəmini söhbətini ortaya atırlar. Hesab edirəm ki, bu Azərbaycana qarşı növbəti terrordur.

İran elə bir dövlətdir ki, az qalsın hər adama bir xüsusi xidmət orqanının nümayəndəsi düşür. Amma adam əlində “kalaşnikov” avtomatı ilə səfirliyin ərazisinə girir və bunu heç kim görmür? İranda “kalaşnikov” gəzdirmək nə vaxtdan sərbəst olub? İran rəsmiləri elə açıqlama verir ki, elə bil İrandan yox Kaliforniyadan danışırlar. Bunlar hamısı araşdırılmalıdır.

Azərbaycan bundan sonra İrana qarşı sərt addımlar atmalıdır. Onların bütün casus şəbəkəsi, buradakı mədəniyyət evləri, cənub qonşumuza yaxınlığı olan hər yer nəzarətə götürülməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv