Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İran rəsmisi: “ABŞ İŞİD-i Əfqanıstana yönləndirir”

İranın ali dini lideri Əli Xameneinin köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib ki, ABŞ İŞİD terror qruplaşmasının yaraqlılarını Əfqanıstana yönləndirir.

Yenicag.az “Report”a istinadən məlumat verir ki, onun sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti İŞİD-in yaradıldığını özü etiraf edib və bu gün bizim terrorçuların Əfqanıstana yönləndirilməsi ilə bağlı sübutlarımız var. Səfəvi bildirib ki, ABŞ bütün regionu məhv edir və bu ölkənin Yaxın Şərqdə mövcudluğu təhlükəlidir. “Əgər bu gün Tramp İranın nüvə proqramının dinc mahiyyətinin təmin edilməsi üzrə əhatəli birgə fəaliyyət planına dair məsələni qaldırırsa, bu, onun İranda uğradığı uğursuzluqlardan irəli gəlir. Amerikalılar Suriyanı tərk etmək və Qərbi Asiyadan geri çəkilmək məcburiyyətindədirlər və böyük İran xalqının öhdəsindən gələ bilməz”, – deyə Səfəvi əlavə edib.

 

www.yenicag.az

952
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS