İran rəsmisi buna görə Rusiyaya getdi

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyaya səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, Əli Əkbər Əhmədian BRİKS-ə üzv ölkələrin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin görüşündə iştirak etmək üçün Rusiyaya gedib.

O, həmçinin “Rusiya rəsmiləri ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmağı” planlaşdırır”, – İran mediası yazıb./unikal