“Təhdidlər bizim üçün zarafatdır”.
Yenicag.az İranın İSNA agentliyinə istinadə xəbər verir ki, bu ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün verdiyi açıqlamada, İranın heç bir təhdid və təhlükə qarşısında geri çəkilməyəcəyini bildirib. O, son 40 ildə İranın qarşılaşdığı müxtəlif təhdidlərə baxmayaraq, plan və hədəflərindən geri dönmədiyini vurğulayıb.
“Təhdidlər bizim üçün zarafatdır. Bu illər ərzində heç bir təhlükənin bizi plan və hərəkətlərimizdən geri çəkilməyə məcbur edə bilmədiyini göstərdik. Biz yolumuza qətiyyətlə davam edəcəyik,” – deyə vitse-prezident qeyd edib.
İran rəsmisi həmçinin “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı yaşadıqları ağır kədərə toxunaraq, bu cür itkilərin arxasında böyük qələbə və birlik olduğunu iddia edib.
Bu açıqlama, son dövrlərdə regiondakı gərginliklərin artması fonunda diqqət çəkir. İranın rəsmiləri, xüsusilə son illərdə xarici təhdidlərə və sanksiyalara qarşı möhkəm mövqe nümayiş etdirməyə çalışırlar.
Məsimə Məmmədova