İran rusiyalı turistlər üçün vizaları ləğv edib

İran hökuməti Rusiyadan turist qruplarının üçün vizaların ləğv edilməsi haqqında qərar qəbul edib.

Yenicag.az  xəbər verir ki, bu haqda İranın nazirlər kabinetinin saytında yerləşdirilmiş məlumatda deyilir.

Həmçinin, məlumatda qeyd olunan vizasız rejimin Rusiyaya səfər edən İran vətəndaşlarına da şamil olunacağı bildirilir.

Bundan öncə Rusiya rəsmiləri bildirmişdir ki, viza rejiminin sadələşdirilməsi iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı və turizmin inkişafına xidmət edəcək.

Məlumata görə, saziş Rusiya və İran prezidentləri Vladimir Putinlə Həsən Ruhani arasında görüşdən sonra imzalanıb.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani mart ayının sonlarında Rusiyaya səfər edib. Səfər zamanı Rusiya və İran arasında bir sıra siyasi və iqtisadi məsələlər müzakirə olunub.

Yenicag.az

COP29