İran səfiri Livandakı partlayışda gözünü itirdi

İranın Livandakı səfiri Moctaba Amani dünən peycer partlaması nəticəsində bir gözünü itirib.

Yenicag.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Qeyd olunub ki, səfirin digər gözü isə ciddi zədə alıb: “İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri Amaninin xəsarətlərinin ilkin məlumatlardan daha ağır olduğunu və müalicə üçün Tehrana aparılacağını bildiriblər”./unikal