Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İran səfirliyinə hücum edildi

İranın Londondakı səfirliyi hücuma məruz qalıb.

Yenicag.az xəbər verir ki, hadisə martın 9-da qeydə alınıb.

Belə ki, bir neçə şəxs səfirliyin eyvanına soxularaq İranın dövlət bayrağını çıxarıb və özləri ilə gətirdikləri iki bayraqla əvəzləyiblər. Hadisə ilə bağlı polis tərəfindən 4 nəfər saxlanılıb.

Faktı təsdiqləyən İranın Böyük Britaniyadakı səfiri Həmid Baidinecat bildirib ki, hadisəni törədənlər “britaniyalı şiələr” sektasının üzvləri olub.

BBC Persian-ın məlumatına görə, səfirliyə hücumu ayətullah Məhəmməd Şirazinin tərəfdarları edib. Məlumata görə, 2001-ci ildə vəfat edən Şirazi İranın sabiq ali dini lideri ayətullah Xomeyninin əleyhdarı olub.

Skotland-Yard faktla bağlı araşdırma aparır.

www.yenicag.az

3178
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS