İran səhərə qədərki uçuşları ləğv etdi

İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.

Yenicag.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.

Qərara səbəb əməliyyat məhdudiyyətləridir.

Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi. Oktyabrın 2-də daha bir gün qadağa uzadılıb./Report/

COP29