İran ölkənin cənubunda hava hücumundan müdafiə təlimləri keçən zaman sərhədlərini pozmağa çalışan ABŞ-ın kəşfiyyat təyyarələrinə bir neçə dəfə xəbərdarlıq edib.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun briqada generalı Abbas Fərəcpur bildirib.
“Son üç gün ərzində təyyarələrin İranın hava məkanına daxil olmaması üçün 12-dən çox xəbərdarlıq edilib” – general vurğulayıb.
Məlumata görə, xəbərdarlıqlar ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatlarına edilib. Onlar İranın hər il hərbi hava təlimləri keçirdiyi əraziyə yaxınlaşmaq istəyib.
Yeniçağ.Az