İran yeni raket və pilotsuz təyyarələrin kütləvi istehsalı üçün ordu bölmələrini sərhədlərdə yerləşdirəcək.
Yenicag.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının Komandanı Kyumərs Heydəri bildirib.
Heydəri raket, pilotsuz uçuş aparatları və artilleriya bölmələrinin sərhədlərə yerləşdirilməsi ilə bağlı deyib ki, hazırda 11 mobil qüvvə briqadası və ordunun hücum qurucu qüvvələri sərhədlərdə yerləşdirilib.
“2 növ raketin tikinti mərhələləri bir müddət əvvəl başa çatıb və yaxın vaxtlarda təqdim olunacaq. Quru qüvvələrinin yeni strukturunda sərhədlərə 5 pilotsuz təyyarə və 5 raket qrupu yerləşdirilməyi nəzərdə tutmuşuq ki, bu barədə vaxtında məlumat veriləcək”, – deyə briqada generalı əlavə edib.
Xuraman Etibarlı