İran İslam İnqilabı Mühafizəçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri, Səudiyyə Ərəbistanı hökümətini “terrorist dövlət” adlandırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Cəfəri səlahiyyətlərinin 3 il daha uzadılması münasibətilə keçirilən mərasimdə iştirak edib. O, rəsmi Riyadı “məlun” (lənətlənmiş) elan edib və höküməti sərt formada tənqid edib:
“Bu gün Səudiyyə Ərəbistanı terror dövlətinə çevrilir. Sadəcə güclü ölkələr regionda öz təhlükəsizliyini qoruya bilir”