!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran siyasətin qurbanı oldu - Dollarla idxal qadağan edildi

!Reklam – Yazi

İran Mərkəzi Bankı ticarət əməliyyatlarında ABŞ dolları ilə idxal sifarişlərini qadağan edib.

Mərkəzi Bank Sənaye, Mədən və Ticarət Nazirliyinə göndərilən təlimatda idxalçıların dollar əvəzinə başqa valyutalardan istifadə etmələri irəli sürülüb. İran mediası bu qərarı ABŞ-ın hələ də İran banklarına tətbiq etdiyi qadağa ilə əsaslandırır.

İran Mərkəzi Bankının atdığı bu addımı Yenicag.az-a açıqlamasında dəyərləndirən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirdi ki, Tehranın dollarla idxal sifarişlərini qadağan etməsi ölkə iqtisadiyyatına yaxşı heç nə vəd etmir:

“Açıq şəkildə bəllidir ki, İranla ABŞ arasındakı qarşıdurma və Tehrana qarşı qoyulan sanksiyalara cavab olaraq, molla rejimi də dollardan qismən imtina etməyi düşünür. Tam olaraq imtina etməsi isə mümkün deyil. Xatırladaq ki, İran dollarla ticarətdən qismən imtina barədə əvvəlki dövrlərdə də qərarlar qəbul edib və yaxud bu istiqamətdə istəyini dilə gətirib. Lakin həmin qərarların heç biri işlək mexanizmə malik olmayıb. Bu addımı ilə Tehran ölkəsinə qarşı qoyulan sanksiyalara etirazını bildirir, amma əslində, İran iqtisadiyyatı həmin prosesdən ziyan çəkəcək. Çünki İranla əməkdaşlıq edən ölkələr dollarla ticarətdən imtina etməyərək, başqa seçimlərə üz tuta bilərlər. Yəni həmin ölkələr bu fonda İranın əvəzinə başqa dövlətlə əməkdaşlığa üstünlük verəcək.

Məsələn, Azərbaycan eyni malı İranla yanaşı, valyuta ilə ticarət qadağasının olmadığı Gürcüstan və Rusiyadan da alır. Belədə, İranın ABŞ dolları ilə bağlı atdığı addımı fonunda onunla əməkdaşlıq edən dövlətlər başqa mənbələrə üz tutaraq, digər ikinci, üçüncü ölkələri seçəcəklər.

Nəticədə, qarşıdakı dövrdə İranın ticarət dövriyyəsi azalacaq. ABŞ dolları bildiyiniz kimi, özünü dünya valyutası kimi təqdim edə bilib. Bütün birjalarda, böyük alqı-satqılarda, neft-qaz ticarətində məhz dollar əsas valyuta qismində çıxış edir. Ona görə də düşünürəm ki, çox cəkməyəcək İran Mərkəzi Bankı həmin qərarını dəyişməli olacaq. Amma məsələ ondadır ki, Tehran bu addımla öz iqtisadiyyatını siyasətə qurban verir. Bu da doğru deyil. Ola bilsin ki, siyasətçilər həmin addımı müsbət qiymətləndirsin.

Lakin iqtisadiyyatın bu şəkildə siyasətə qurban verilməsi düzgün yanaşma hesab oluna bilməz. Bu səbəbdən hesab edirəm ki, tezliklə İran geriyə addım atmalı olacaq”.

ELÇİN

 

www.yenicag.az

1995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv