İran Sumqayıtda dərman zavodu tikəcək

cms-image-000018011İran Sumqayıtda dərman zavodu tikəcək.

Bu barədə jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

O deyib ki, zavod Sumqayıt Kimya Parkında inşa olunacaq.
Səfir dərman istehsalının 3 mərhələdə olacağını da qeyd edib:

“Birinci mərhələdə ehtiyac duyulan dərmanlar, ikincidə isə dərman istehsalı texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar 100 faiz Azərbaycanda istehsal olunacaq”.(modern)