Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İran Suriyadakı hərbi müşavirlərinin sayını artıracaq

İran terror qruplaşmaları ilə mübarizədə Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilən hərbi müşavirlərin sayını artıracaq.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu İslam İnqilab Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı briqada generalı Məhəmməd Pakpur bildirib.

“Müqavimət cəbhəsinin pozulmaması üçün biz Suriyaya bütün sahələr üzrə müşavirlərimizi göndərəcəyik, əlimizdən gələn köməyi əsirgəməyəcəyik”, – deyə general “Fars” agentliyinə müsahibəsində bildirib.

Pakpur artıq bir neçə müşavirin Suriya ərazisində olduğunu qeyd edib. Onun sözlərinə görə, nə qədər ki ehtiyac var, İran Suriyaya göndərilən hərbi müşavirlərin sayını artıracaq.

“Suriya ordusu və İslam İnqilab Keşikçiləri Korpusunun müşavirləri arasında sıx əməkdaşlıq mövcuddur”, – deyə Pakpur bildirib. Onun sözlərinə görə, İranın Suriyaya göstərdiyi konsultativ dəstəyi texniki və taktikidir.

Yeniçağ.Az

www.yenicag.az

302