Reklam: High Technic
hightechnic

İran Suriyadan qisas alır - Raketlərlə vurma anının VİDEOSU

İran Silahlı Qüvvələri Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə ballistik raketlərlə zərbə endirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı qvardiya yayıb.

Bildirilib ki, İranın bu hücumuna səbəb Əhvazda baş vermiş terror aktının təşkilatçılarının bu bölgədə gizlənməsidir.

Qeyd edək ki, bir həftə öncə İranda Əhvaz əyalətində hərbi parada edilən silahlı hücum nəticəsində 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Terror aktında şübhəli bilinən 22 nəfər saxlanılıb. Araşdırmalar hələ də davam edir.

 

www.yenicag.az

5568