İran Milli Neft Şirkətinə məxsus “Sinopa” tankerində partlayış olub.
Yenicag.az İran mətbuatına istinadən xəbər verir ki, insident Səudiyyə Ərəbistanının Ciddə limanından təxminən 96 km məsafədə qeydə alınıb.
Partlayışdan sonra gəmidə yanğın başlayıb. Gəminin iki əsas tanker anbarına ziyan dəyib, Qırmızı dənizə neft sızıb.
Texniki mütəxəssislər artıq hadisənin səbəblərini araşdırırlar. İranın mətbuatının məlumatına görə, neft tankerində meydana gələn partlayış terror aktı ola bilər.