Qırmızı dənizdə İran tankerinə hücumdan sonra neft qiymətləri artıb.
Yenicag.az xəbər verir ki, dünya bazarlarında neft qiymətləri 2 faiz yüksəlib.
Belə ki, “Brent” markalı neftin qiyməti 2,3 faiz artaraq 60 dollar/barel, “Light” markalı neftin qiyməti isə 2,1 faiz artaraq 54,7 dollar/barel təşkil edib.
Qeyd edək ki, İrana məxsus tanker Qırmızı dənizdə hücuma məruz qalıb. Hücumdan sonra gəminin göyərtəsində yanğın başlayıb və neft dənizə axıb. Hücumun təfərrüatları barədə məlumat verilməyib./Trend/