İran “Telegram”-a girişə məhdudiyyəti aradan qaldırdı

İran hakimiyyəti “Telegram”-a girişə məhdudiyyəti aradan qaldırıb.

Yenicag.az xəbər verir ki, hazırda İran sakinləri yenidən “Telegram” messencerindən istifadə edir.

Qeyd edək ki, ötən ilin 28 dekabrın etibarən İranda başlayan etiraz aksiyalarından sonra dekabrın 31-də “Instagram” sosial şəbəkəsi və “Telegram”-a girişi müvəqqəti bağlamışdı.