“İran terrorizmə sponsorluq edir” – Trampdan bəyanat

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt ittihamlar səsləndirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu ölkəni terrorçuluğun əsas sponsoru adlandırıb. Tramp həmçinin İran hakimiyyətini terror təşkilatlarına, xüsusən “Hezbollah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.

ABŞ prezidentinin bəyanatında bunlar qeyd olunub: “İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir. Onun hərəkətləri “Hezbollah”a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir”.

Tramp bildirib ki, İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib və silahlandırıb.

COP29