İranın turizm sektoru son illərdə ciddi böhranla üzləşib.
Yenicag.az İran mediasına istinadən xəbər verir ki, son 9 ay ərzində 16 ölkə öz vətəndaşlarına İrana səfər etməmək və bu ölkəni tərk etməyi tövsiyə edib.
Bu xəbərdarlıqların əsas səbəbləri arasında təhlükəsizlik narahatlıqları, casusluq ittihamları və yerli qanunlarla bağlı problemlər yer alır. Məlumata görə, İranda fəaliyyət göstərən 5 min turizm agentliyinin yarısı artıq fəaliyyətini dayandırıb. Bu, ölkəyə gələn xarici turistlərin sayının sıfıra enməsi və son 5 ildə turizm sektorunun ciddi uğursuzluğa uğraması ilə əlaqədardır.
Məsimə Məmmədova