İran-Türkiyə təbii qaz boru kəmərində qaz axını bərpa edildi

İran-Türkiyə təbii qaz boru kəmərində təbii qaz axını planlaşdırılmış texniki-təmir işlərindən sonra bərpa edilib.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bu barədə “Pipelines” və Petrol Täşıma A.Ş. (“BOTAŞ”) tərəfindən bəyanat yayılıb.

Bildirilib ki, İran-Türkiyə təbii qaz boru kəmərində oktyabrın 2-9-da həyata keçirilən planlaşdırılmış texniki-təmir işləri tamamlanıb.

“Planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə verilişi şəbəkəsində tələb-təklif balansında problem yaranmayıb və oktyabrın 10-dan təbii qaz axınına başlanılıb”, – deyə bəyanatda vurğulanıb.

Gülşən