İran İsraillə münaqişə səbəbindən oktyabrın 2-də ləğv edilmiş uçuşları bərpa edib.
Yenicag.az xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu deyib.
Yazırlunun sözlərinə görə, uçuş şəraitinin əlverişli və təhlükəsiz olduğuna əminlik əldə edildikdən sonra aviaşirkətlərə oktyabrın 3-ü səhər saat 5-dən uçuşlara icazə verilib.