İranda rəsmi səfərdə olan Ermənistanın baş naziri Karen Karapetyan prezidentin birinci müavini İshaq Cahangiri ilə görüşüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Karapetyan Tehranda yerləşən Sədabad sarayında rəsmi mərasimlə qarşılanıb. Cahangiri ilə keçirilən görüşdən sonra tərəflərin üç sahədə (baytarlıq, mədəniyyət və elm-texnologiya) əməkdaşlıq sazişi bağladığı məlum olub.
Qeyd edək ki, səfər çərçivəsində Karapetyanın İran prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani ilə görüşü də planlaşdırılır.