Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.
Yenicag.az xəbər verir ki, görüş Ermənistan xarici işlər nazirinin Tehrana səfəri çərçivəsində baş tutub.
Nazirlər arasında geniş tərkibli görüş keçirilib.
Görüşün ardınca mətbuata birgə bəyanat gözlənilir.