!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran və Rusiya arasında “Qaz savaşı” yetişir: Moskva “əsas silah”ından məhrum edilir

!Reklam – Yazi

Qərb dövlətlərinin İran qazının Avropaya nəqli istiqamətində hərəkətə keçməsi Rusiyanın ciddi narahatlığına səbəb olub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə Almaniyanın Frankfurt şəhərində İran qazının Avropaya nəqli ilə bağlı təşkil olunmuş sammit Rusiyanın inhisarçı “Qazprom” şirkətinin hegemonluğuna son qoymaq istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Məlumata görə, Frankfurt sammitində “Qazprom” təmsilçilərinin iştirakı və müzakirələri yaxından izləmələri Rusiya şirkətinin bazardakı mövqelərini itirmək təhlükəsinin ciddiliyini göstərir.

Sammitdə isə İrandan sıxılmış təbii qazın Avropaya ixracından tutmuş, bu ölkədəki qaz yataqlarının işlənməsi və çıxarılan qazın “köhnə dünya”ya nəqli imkanları nəzərdən keçirilib.

Bundan başqa, İran qazının əks istiqamətə – boru xətti ilə Hindistana nəqli, Türkiyəyə qaz ixracının artırılması və Pakistanda qaz-boru xəttinin çəkilməsi imkanları da müzakirə edilib.

Türkiyə nəql edilən İran qazının həcminin artırılması və tələbatdan əlavə hissəsinin Avropaya göndərilməsi məsələsinin gündəmə çıxması “Qazprom”un gəlirlərinin əsas mənbələri üçün birbaşa təhlükə yaratmasa da, perspektivdə vəziyyət əsaslı şəkildə dəyişə bilər.

Hesablamalara görə, artıq 2023-cü ilə qədər “Qazprom”un nəql modeli ciddi surətdə sıxışdırılacaq. Başqa sözlə, Avropa və Asiya ölkələri Rusiyadan boru xətti ilə qaz almaq əvəzinə, İrandan sıxılmış qaz almağa üstünlük verəcəklər.
O baxımdan, Frankfurta göndərilmiş “Qazprom” təmsilçilərinin narahat görünmələri səbəbsiz deyil – bunun üçün əsas var.

Yeniçağ.Az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv