!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran və Rusiyadakı olayların bölgəyə təsiri: "Qərb öz istəklərini həyata keçirmək üçün..."

!Reklam – Yazi

“İran və Rusiyada insanın heç bir dəyəri yoxdur. Son baş verən hadisələr də bunu açıq şəkildə göstərir”.

Bunu şimal və cənu qonşularımızdakı daxili problemlərin regiona təsirini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Rusiya və İranda baş verən hadisələrin regiona mütləq təsiri olacaq:

“Bölgədə hər hansı gərginlik varsa, mütləq qonşu ölkələrə öz təsirini göstərəcək. Azərbaycanın quru sərhədlərini bağlaması ilə bağlı xeyli müzakirələr aparmışdıq. İndi görünür ki, sərhədlərin bağlı qalması Azərbaycanın xeyrinə oldu. Yoxsa kütləvi axın olacaqdı.

İranda vəziyyət başqa, Rusiyada isə tamam başqa cürdür. Ümumilikdə, regionda gərginlik var. Rusiyada insanlar müharibədə iştirak etməmək üçün kütləvi surətdə ayağa qalxıblar. Gənclər etiraz edirlər. Qadınlar öz doğmalarını savaşa göndərmək istəmirlər. Bütün hallarda Rusiya imperiya dövlətidir. O öz əsgərlərini müharibəyə göndərəcək. Rusiya rəhbərliyi üçün orada nə qədər əsgərin olmasının heç bir fərqi yoxdur. Sovet dövründə də belə idi. Açıq görünür ki, Rusiyada insanın qiyməti yoxdur. Ona görə bu müharibə xeyli uzanacaq. Qərb də öz istəklərini həyata keçirmək üçün toparlanıb. Rusiyaya bütün istiqamətlərdən basqı olacaq. Rusiyanın öz daxilində də Qərbin təsirləri olacaq. Fürsətdən istifadə edəcəklər.

İranda da insana qiymət verilmir. Faktiki olaraq fars molla rejimi hakimiyyəti zəbt edib. Bir qrup hər şeyi nəzarətə götürüb. Xalqın səlahiyyəti yoxdur. Kimi istəyirlər, seçirlər, kimi istəyirlər, asırlar. İnsan haqları qorunmur. İranda kortəbii surətdə etirazlar başlayıb. Buna səbəb müxalifətin və həmkarlar təşkilatlarının olmamasıdır. Ancaq kortəbii də olsa, etirazlar bütün bölgələrə yayılıb. Əgər bu etirazlara kənar müdaxilə olacaqsa, ABŞ qarışacaqsa, nəticəsi olacaq, yox, müdaxilə olmayacaqsa, fars molla rejimi etirazları yatırdacaq.

Bütün halda bölgədə baş verən hadisələri diqqətlə izləməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv