İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Oskar” mükafatı alan “Kommivoyajer” (“Satıcı”) filminin yaradıcı heyətini təbrik edib.
Nazir “Tvitter”dəki səhifəsində yazıb:
“Oskar” aldıqlarına görə İranın çəkiliş qrupunu təbrik edirəm”.
Qeyd edək ki, İranın “Kommivoyajer” filminin rejissoru Əsgər Fərhadi “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Yeniçağ.az