!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran yanacaq müstəqilliyi əldə etdi

!Reklam – Yazi

İranın Bandar-Abbas limanında ölkənin ilk neft emalı zavodunun açılışı olub.

Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, ölkə prezidenti Həsən Ruhaninin iştirakı ilə açılışı həyata keçirilən zavod dünyanın ən böyük neft emalı zavodlarından biridir.

Tikintisi 10 il əvvəl başlayan zavodun işə salınması yalnız İrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsindən sonra mümkün olub. Belə ki, sanksiyaların ləğvi İrana lazımi avadanlıqlar almaq üçün şərait yaradıb.

Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib İran bu zamana qədər onu emal etmək gücünə malik olmadığı üçün gündəlik 12 milyon litr benzin idxal edirdi.

İlkin mərhələdə yeni zavod “Avro-4” standartı ilə gündəlik 12 milyon litr benzin istehsal etməklə İranın yanacaq asılılığına son qoyacaq. Bir il sonra isə zavod “Avro-4” və “Avro-5” standartları ilə benzin istehsalını gündəlik 36 milyon litrə çatdırmaqla digər ölkələrə yanacaq ixrac etmək imkanı yaradacaq.

Zavodun maksimal layihə gücü isə ona gündəlik 100 milyon litr benzin istehsal etmək imkanı verir.

 

Yeniçağ.Az

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv