!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İran Yaxın Şərqi zəbt etmək istəyir"- Netanyahu Haririnin istefasından danışdı

!Reklam – Yazi

İsrailin baş naziri Netanyahu livanlı həmkarı Saad Haririnin istefa verməsini şərh edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Londona səfəri çərçivəsində “BBC”də yayımlanan veriliş qonağı olub. Baş nazir bildirib ki, Saad Haririnin istefası bütün dünya üçün “oyandırma siqnalı”dır: “Bu, Yaxın Şərqin həqiqətən nəyi təcrübədən keçirtdiyini göstərir. Yaxın Şərq İranın fəth cəhdlərini təcrübədən keçirir. İranın bu qədər əl-qol atmasının qarşısını almalıyıq.”

Netanyahu həmçinin, Donald Tramp barədə düşüncələrini açıqlayıb:

“Birinci növbədə onun liderlik xüsusiyyətləri var. O, Yaxın Şərqə başqa nəzərlərlə baxır (keçmiş ABŞ prezidenti Barak Obamaya nisbətən). Bəziləri düşünür ki, Yaxın Şərqdəki problemlərin həllinin İrandan keçdiyini düşünür. Donald Tramp isə İranı problem olaraq görür. Ancaq İranın problem olduğunu sadəcə Tramp düşünmür. Ərəb ölkələri də, biz də bu fikirdəyik. İndi də Hariri istefa verdi. O, haqlıdır.”

İsrail baş naziri Yaxın Şərqdə yeni bir nizamın yaradıldığını irəli sürüb:

“Əgər orada orta əsr şüuru qalib gələrsə, siz də burada itirəcəksiniz. Dünyanın gələcəyi üçün bu mübarizənin ön cəbhəsində biz dayanmışıq: Yaxın Şərqin sabahı üçün yox, dünyanın sabahı üçün. Məncə, Donald Tramp da İranın başlıca problem olduğunu başa düşür.”

www.yenicag.az

2614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv