İranın Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ olub.
Yenicag.az xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin Türkmənçay bölgəsində bu gün günorta saatlarında 4.8 bal gücündə yeraltı təkan qeydə alınıb.
Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir.