İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələri 600 kilometr mənzilli raketlərlə təchiz edilmiş yeni gəmini təqdim edib.
Yenicag.az Təsnim-ə istinadla xəbər verir ki, gəmilər İrana məxsus ərazisi bir sıra ərəb ölkələri tərəfindən mübahisəli sayılan Fars körfəzindəki Əbu Musa adası ərazisində keçirilən təlimdə tanıdılıb.
İlk dəfə olaraq İran adalarının ərazi bütövlüyünü qorumaq üçün Fars körfəzində “Şəhid Hacı” xüsusi təyinatlılarının gəmiləri 600 kilometr mənzilli raketlərlə sınaqdan keçirib.