!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrana Avropadan daha bir zərbə - Danimarka Tehrandan izahat tələb edir

!Reklam – Yazi

Tehran “Əhvazın Qurtuluşu üçün Ərəb Mübarizəsi Hərəkatı” (ASMLA) üzvlərinə qarşı sui-qəsd hazırlanmasına dair iddialarla razılaşmır.

Yenicag.az xəbər verir ki, həmin iddialara münasibət bildirən İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Bəhram Qasıminin sözlərinə görə, bu kimi cəhdlər ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinə zərbə vurulmasına xidmət edir:“İddiaları qətiyyətlə rədd edirik. Bu, düşmənlərin, İranla Aİ ölkələri arasındakı yaxşı və inkişaf etməkdə olan əlaqələrin pozulmasına yönələn hiylə və sui-qəsddir”,

Qeyd edək ki, Danimarka Polis Kəşfiyyat Təşkilatı İran xüsusi xidmətinin baş qərargahı Danimarkada yerləşən ASMLA üzvlərinə qarşı sui-qəsd planladığını açıqlayıb. Məlumata görə, bu planın pozulması üçün oktyabrın 21-də İsveçin Göteborq şəhərində həyata keçirilən əməliyyat zamanı İran əsilli Norveç vətəndaşı həbs olunub.
Danimarkanın xarici işlər naziri Anders Samuelsen İranın bu hərəkətinin qəbuledilməz olduğunu bildirərək, ölkəsinin Tehrandakı səfirini məsləhətləşmək üçün geri çağırıldığını açıqlayıb.

Samuelsen, Böyük Britaniyanın baş naziri Tereza Mey və ABŞ dövlət katibi Mayk Pompeonun Danimarkaya dəstək xarakterli çıxışlarını xatırladaraq, Danimarkanın İrana qarşı sanksiyalar tətbiq etmək etimalının olduğunu da bildirmişdi.

İranın Kopenhagendəki səfiri dünən Danimarka XİN-ə çağırılıb və ondan məlum hadisə ilə bağlı izahat tələb edilib.

Xatırladaq ki, bu il sentyabrın 22-də İranın cənub-şərqindəki Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən və 25 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti ASMLA-nın bir qolu olan “Əhvaz Milli Müqaviməti” adlı təşkilat öz üzərinə götürmüşdü.

ASMLA-nın qurucusu Əhməd Fasilə Nissi isə 2017-ci il noyabrın 8-də Hollandiyanın Den Haaq şəhərində, evinin qarşısında silahla vurularaq öldürülmüşdü.

Həşim Səhrablı

www.yenicag.az

6143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv