İraqda fəaliyyət göstərən İrana bağlı Həşd əş-Şabi silahlı qruplaşmasının silah və sursat anbarında partlayış olub.
Yenicag.az xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.
Partlayışın iyulun 18-i gecə saatlarında Həşd əş-Şabinin 42-ci briqadasının bazasında meydana gəldiyi bildirilib.
Silahlı qruplaşma partlayış barədə məlumatı təsdiqləsə də, insan itkisi haqda açıqlama verməyib.