İrana casusluqda şübhəli bilinən şəxsin həbs müddəti uzadıldı

Səbail Rayon Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin barəsində olan həbs qəti imkan tədbiri müddətinin artırılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqdimat təmin olunub və S.Babayev barəsində olan həbs qətimkan tədbirinin müddəti 6 ay uzadılıb.

Xatırladaq ki, Sərdar Babayev dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilib. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunub.